• Azəricə (Azərbaycan dili)
  • Russian (CIS)

Endirimi tap!

Şəhər
Ölkə
Kateqoriyanı seçin

İstifadəçilər üçün



Partnyorlarımız

Home

8 mart aksiyası Çap E-poçt
07.02.11 10:37

Əziz xanımlar!

Qarşınızdan gələn 8 mart Beynəlxalq Qadınlar günü münasibəti ilə Sizi ürəkdən tebrik edir və bayramınızla əlaqədər Avropa Gənclər Kartını 20% endirimlə əldə etməyi təklif edirik!

Hörmətlə,
EYCA Azerbaijan.

 
European Youth Card Azerbaijan sahibləri hədiyyələndirildi Çap E-poçt
31.01.11 19:31

31 yanvar 2011-ci il saat 12.00-da Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) qərargahında European Youth Card Azerbaijan (EYCA) sahibləri arasında Azərbaycan Gənclər  gününə həsr olunmuş tədbir keçirildi. Tədbir 2 Fevral “Gənclər gününə” həsr edilmişdi. Tədbirdə ATGTİ sədri Şahin İsmayilov, “Xəzər” İnvestisiya Mərkəzinin prezidenti Elşən Musayev, adı gedən layihənin koordinatoru Ramil Əliyev və kart sahibi olan gənclər iştirak edirdilər.

Ardını oxu...
 
EYCA sahibləri üçün Beynəlxalq Bakalavriat! Çap E-poçt
25.01.11 13:27

21 yanvardan başlayaraq EYCA kartının sahibləri "The Azeri Times" nəşriyyat evinin təşkil etdiyi müsabiqədə iştirak edə bilərlər. Qalib gələn şəxslər pulsuz iki həftəlik Beynəlxalq Bakalavriatın (International Baccalaureate) hazırlıq kurslarında (şagirdlər üçün) və sertifikatlaşdırılmış Beynəlxalq Konfransda iştirak etmək (müəllim və magistrlar üçün) hüququ qazanırlar.

Beynəlxalq Bakalavriat (BB) nə deməkdir?
Beynəlxalq Bakalavriat 60-ci illərdə İsveçrədə yaradılıb. Nyu-York BMT məktəbinin və Cenevrə Beynəlxalq Məktəbinin təşəbbüsü ilə beynəlxalq ekspertlər qrupu təhsilın başqa ölkələrdə tanınması üçün universal bir məktəb təhsil proqramı yaratmışlar. 

Bu gün ABŞ, Kanada, İrlandiya, Böyük Britaniya, Fransa, Belçika, Norveç, İsveç və digər ölkələrdə BB attestatına malik olan abituriyentləri ali məktəblərə imtahanlarsız qəbul edirlər.

Bu gün 100 ölkədə 1000-dən çox BB proqramı ilə tədris keçən məktəb var. BB məktəblərinin sayı ən sürətlə ABŞ-da artır. Bir qayda olaraq, şagirdlərini BB proqramı ilə hazırlaşdıran məktəblər ən güclü və ən nüfuzlu məktəblərin sırasında yer alırlar.

Ardını oxu...
 
Diqqət, müsabiqə! Çap E-poçt
11.01.11 20:25

 

Yalnız EYCA-nın sahibləri üçün!

Yanvarın 31-ə qədər kartı əldə etmiş gənclər HP Mini qazanmaq şansı əldə edəcəklər!

Müsabiqənin nəticələri 1 fevral, Azerbaycanın Gənclər Günündə elan olunacaq və qalib gələn şəxslər mükafatlandırılacaqlar.

EYCA kartını əldə etmək üçün elektron formanı doldurun və ya sanədlərin qəbulu məntəqələrinə müraciyyət edin.

 

 
Avropa Gənclər Kartı (EYCA) artıq Azərbaycanda Çap E-poçt
09.12.10 00:00

9 dekabr 2010-cu il tarixində saat 15.00-da PARK INN otelinin Nizami zalında Avropa gənclər kartının təqdimat mərasimi keçirildi. 
Tədbirdə “Xəzər” İnvestisiya Mərkəzinin rəhbəri Elşən Musayev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) sədri Şahin İsmayilov iştirak edirdilər. 12-30 yaş arasındakı şəxslərə verilən Avropa gənclər kartı avropa tələbə bileti və eyni zamanda endirim kartıdır. Avropa gənclər kartının tətbiqi ilə respublikamızda və ölkəmizin xaricində gənclərimizin plastik kartlardan istifadə əmsalı artacaq. Vəsiqə ümümavropa endirim sisteminə daxil edilib, Avropa Şurası, Avropa İttifaqı, Avropa Şurası gənclər və idman İdarəsi, Avropa Gənclər Forumu, Avropa Könüllülər, Avropa Xostellər Assosiasiya və Avropa Dəmiryolları Assosiasiyası tərəfindən dəstəklənir. Əsas məqsədi gənclərə sosial-iqtisadi baxımdan dəstək olan EYCA-nın şüarı, “Qənaət edilmiş pul, qazanılmış puldur”.
Bu kartın vasitəsilə gənclər 41 Avropa ölkəsində 80.000-dən çox xüsusi endirim imkanı əldə etmiş oldular.

 

 

EYCA facebook-da


8 mart aksiyası


Ətraflı

Prezentasiyalar

  • EYCA-nın prezentasiyası
  • Presentation of EYCA

  • Daha ətraflı

    Sorğu

    EYCA haqqında hardan bildiz?
     

    EYCA fotoşəkillərdə

    3A54FBED3F0C-1.jpg

    feed-image Feed Entries

    Son Xəbərlər

    Çox oxunan